BURADA REKLAMINIZ OLA
BİLƏR

Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü yenidən atılıb.

Pravda.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.

Tədbir gün ərzində ikinci dəfə baş tutub. Buna püşk zamanı buraxılan kobud səhv səbəb olub. “Mançester Yunayted” və “Liverpul”un şarlarını səhv salan UEFA “Vilyarreal”la “Atletiko”nun mümkün rəqiblərinin siyahılarında xətalar buraxıb. Bu üzdən püşkatma 3 saatdan sonra yenidən təkrarlanıb.

Çempionlar Liqası
1/8 final
“Zalsburq” (Avstriya) - “Bavariya” (Almaniya)
“Sportinq” (Portuqaliya) - “Mançester Siti” (İngiltərə)
“Benfika” (Portuqaliya) - “Ayaks” (Niderland)
“Çelsi” (İngiltərə) - “Lill” (Fransa)
“Atletiko” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Vilyarreal” (İspaniya) - “Yuventus” (İtaliya)
“İnter” (İtaliya) - “Liverpul” (İngiltərə)
PSJ (Fransa) - “Real” (İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.

Tarix: 13 Dekabr 2021, 19:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin