BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağda maddi mədəniyyət abidələri inanılmaz dağıntılara məruz qalıb - İtalyan mütəxəssis

Qarabağda maddi mədəniyyət abidələri inanılmaz dağıntılara məruz qalıb.

Pravda.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis, "Uni Construction" şirkətinin təsisçisi Luici Skrintsi bazar ertəsi Heydər Əliyev Mərkəzində keçirilən "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda "dəyirmi masa"da deyib.

Skrintsi qeyd edib ki, “Qarabağ” “böyük bağ”, “rahat məkan, yaşıllıqla zəngin” deməkdir.

“Ancaq bu anlayışların heç birinə indi Qarabağda rast gəlmək mümkün deyil. Bu gün Qarabağda dirçəliş, həyata qayıtmaq üçün çox böyük işlər görülür. Bu yerlərin abadlaşdırılmasının da müqəddəs mənası var”, - deyə o əlavə edib.

Tarix: 13 Dekabr 2021, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin