BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanğında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada vəfat etdi

Fevralın 11-də Şəmkirdə baş verən yanğında ağır xəsarət alanlardan biri də dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə zamanı xəsarət alan 2011-ci il təvəlüdlü Əhmədov Rüstəm Zöhrab oğlu Bakıda xəstəxanada dünyasını dəyişib.

 

Hadisə zamanı xəsarət alan digər iki nəfərin vəziyyəti ağır olaraq qalır.

 

Qeyd edək ki, yanvarın 11-də Şəmkirin Ələsgərli kəndində kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mehi Bayraməli qızı vəfat edib, ev sahibi və onun övladı 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə, oradan da Bakıya aparılıblar.  Yanğında 1957-ci il təvəllüdlü Əhmədov Rüstəm Süleyman oğlu da xəsarət alıb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 14 Fevral 2020, 19:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin