BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan yığmasının rəqibləri bəlli oldu

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri bəlli olub.

 

Pravda.az-ın məlumatına görə, Canni de Byazinin yetirmələrinin rəqibləri İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

 

Millimiz sayca üçüncü olacaq 2022/23 mövsümündə C liqasında mübarizə aparacaq. Püşkün nəticəsinə əsasən yığmamız 3-cü qrupunda yer alıb.

 

Komandamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq. Liqa oyunlarına gələn ilin iyununda start veriləcək. Həmin vaxt 4 tur baş tutacaq. Digər iki tur sentyabrda təşkil olunacaq.

 

Millimiz qrup qalibi olsa, 2024/25 mövsümündə B liqasında oynamaq imkanı qazanacaq. Sonuncu yer isə D liqasına düşməmək uçun pley-offda mübarizə aparmaqla nəticələnəcək.

 

Qeyd edək ki, yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək. Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.

Tarix: 16 Dekabr 2021, 22:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin