BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəniz quldurları konteyner gəmisini ələ keçirdilər

Danimarka şirkətinə məxsus “Maersk Tema” adlı konteyner gəmisi Nigeriyadan təxminən 300 kilometr aralıqda dəniz quldurları tərəfindən ələ keçirilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə Finlandiyanın “Iltalehti” nəşri xəbər verir.

“Cümə günü səhər quldurlar Nigeriya sahillərindən 300 kilometr məsafədə Danimarkanın “Maersk Tema” konteyner gəmisinə minməyə müvəffəq oldular. Ən azı iki quldur gəmiyə daxil ola bilib”, - məlumatda belə deyilir.

Gəmi heyətinin kayutlardan birində gizləndiyi bildirilir. Saytın məlumatına görə, yaxınlıqda başqa gəmilər yoxdur.

Gəminin Konqodakı Puent-Nuar limanından Nigeriyaya getdiyi deyilir.APA

Tarix: 15 Fevral 2020, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin