Reklam

Ələtdə baş verən qəzada yaralanan şəxslərin son durumu açıqlandı

Ələtdə mikroavtobusla minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin son durumu açıqlanıb.

 

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, reanimasiyada olan 3 nəfərdən Əli Əlilinin vəziyyəti çox ağır olaraq qalır. O, süni tənəffüs aparatındadır, xəstədə kəllə-beyin travması, beyin və ağciyər əzilməsi müşahidə olunur.

 

Dünən evə buraxılan yaralılardan biri də gecə saatlarında yenidən geri qayıdıb. Hazırda KTM-də qəzada yaralanan 6 nəfər var. Onlardan 3-ü reanimasiyada, 3-ü isə şöbədədir.

 

Qeyd edək ki, dünən gecə Bakıdan Gədəbəyə gedən mikroavtobus Ələt qəsəbəsində minik maşını ilə toqquşub, nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Tarix: 18 Dekabr 2021, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin