Reklam

Meyxanaçı insult keçirdi

Uzun müddətdir səhhətində problem olan meyxanaçı Ağakərim (Kərim Novruzov) yenidən insult keçirib.

Pravda.az xəbər verir ki, bu barədə onun həmkarı meyxanaçı Ağamirzə Məmmədov "Günün sədası" proqramında bildirib.

O deyib ki, Ağakərim bir həftə əvvəl yenidən insult keçirib: “Əsməyə başlayıb, gözləri qaraldı. Həkim gətiriblər, deyib, yenə insult keçirdi”.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.

Tarix: 18 Dekabr 2021, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin