BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə avtomobilin qarşısına iribuynuzlu heyvanın çıxması qəzaya səbəb oldu, 2 nəfər öldü

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın xəbərinə görə, avtoqəza İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.

 

Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlunun idarə etdiyi “KİA” markalı 90-GM-961 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı sürcü avtomobilin altında qalaraq ölüb.

 

Avtomobildə olan Bəhramtəpə qəsəbə sakini, 14 yaşlı İsayev Məhəmməd Cəfər oğlu ağır vəziyyətdə reanimasiya şöbəsinə, digər sərnişin – 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib. M.İsayev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 15 Fevral 2020, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin