BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Qarabağdakı sülhməramlılara təşəkkür etdi

“Qarabağda rusiyalı sülhməramlıların olması sayəsində humanitar vəziyyət yaxşılaşıb”.

Pravda.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

“Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Qarabağda sabitliyin qorunmasına kömək edirlər. Onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra bölgələrin ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarixi və mədəniyyət abidələri qorunub saxlanılıb”, - deyə Putin söyləyib.

V.Putin sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.

Tarix: 21 Dekabr 2021, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin