BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov iclas keçirdi

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, dəyişikliklərə adaptasiya və təsirlərinin azaldılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Pravda.az xəbər verir ki, iclasda hökumət üzvləri və bəzi şəhər və rayonların icra başçıları iştirak ediblər.

İclasda iqlim dəyişiklikləri ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların təsirlərinin azaldılması istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi qeyd edildi.

İqlim dəyişikliyinin kənd təsərrüfatına, sosial sahəyə təsiri, təbii fəlakətlər və onların qarşısının alınması, təbii ehtiyatlardan səmərəli istifadəyə dair məruzələr dinlənildi və müvafiq tapşırıqlar verildi.

Fotoları təqdim edirik
Tarix: 21 Dekabr 2021, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin