Reklam

FHN "Qoç ət" restoranındakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNDİ

Bakıda restoranda baş verən yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.

 

***

09:11

Bakıda restoranda yanğın başlayıb.

 

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.

 

Report

 

Tarix: 22 Dekabr 2021, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin