BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Məktəb direktorları əmr edirlər ki, təcili pulu çatdırın, "Şaka"ya pul lazımdır”

“Elə orta məktəb tapılmaz ki, tanınmış, imkanlı məzunu olmasın. Həmin şəxslərin məktəbə maddi dəstəyi bir o qədər ajiotaj yaratmaz. Bu hərəkət dünyada geniş yayılıb. Bizdə sadəcə,  elə əvvəldən "yığmaq" məsələsi dəbdə olub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

E.Əliyev qeyd edib ki, imkanlı şəxslər məktəbə kompüter, ağıllı lövhə bağışlaya, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər: “Hətta məktəbə əlavə korpus da inşa edə bilərlər. Məktəblər ianə toplamaqla bu işin öhdəsindən gələ bilməzlər. Çoxsayı məktəblər var ki, direktorları sinif otaqlarını və idman zallarını icarəyə verib. Yuxarı sinif şagirdləri böyük məbləğlər müqabilində dərsdən azad edilirlər. Bəs bu böyük pullar hara gedir? Bütün ölkə bilir ki, əksər məktəblərin yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Artıq İbtidai təhsil pilləsində repetitorluq tüğyan edir. Hər bir valideyn ayda 300-400 manat bu xidmətə pul xərcləyir. Məktəb təhsili keyfiyyətli olsa, valideyn bu böyük vəsaiti övladının geyiminə, yeməyinə və başqa ehtiyaclarına xərcləyər! Bir tərəfdən də hansısa qurum məktəbdən pul toplayır. Direktorlar da əmr edirlər ki, təcili pulu çatdırın, "Şakaya" pul lazımdır. Bu qədər sadə, Azərbaycanda orta təhsil pulludur”.

Tarix: 22 Dekabr 2021, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin