BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluqdan müraciət - VİDEO

Baş Prokurorluq dələduzluq faktları ilə bağlı vətəndaşlara müraciət edib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

 

Hazırda təqdim olunan videoda özlərini dövlət orqanlarının əməkdaşı kimi təqdim edib vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxslərlə bağlı məlumat verilir.

 

Tarix: 22 Dekabr 2021, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin