BURADA REKLAMINIZ OLA
BİLƏR

"Valeri Perkes gizli formada Qarabağa səfər etməklə qırmızı xətti keçib"

“Fransanın daxili siyasət addımları son dövrlər həm hakimiyyət, həm də digər siyasi partiyaların iştirakı ilə aprelin 10-da keçiriləcək prezident seçkilərinə yönəlib. Təbii ki, namizədlər onlara dəstək verəcək erməni mənşəli fransa vətəndaşlarını da nəzərə alır. Belələrinin arasında maliyyəçi dairələr, bank işçiləri, ümumiyyətlə zəngin olan seçicilər var. Yəni, Fransada prezidentliyə namizədlərə erməni əhalinin səsləri lazımdır”.


Bunu Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadiqov Fransa prezidentliyinə namizəd Valeri Perkesin Qarabağa qanusuz səfəri barədə danışarkən deyib.

 

 

O bildirib ki, bu, Fransa prezidentliyinə namizədlərin birinci belə cəhdi deyil: “Vaxtilə digər namizdələr də buna oxşar səfərlər edib, onların bəziləri ermənilərin dəstəyini almaq üçün Ermənistana gediblər. İndi isə məsələ başqadır. Valeri Perkes gizli formada Qarabağa səfər etməklə qırmızı xətti keçib. Azərbaycan buna biganə yanaşmamalıdır. Şahid oluruq ki, Rusiyanın sülhməramlı kontingenti buna birmənalı olaraq göz yumur. Biz həm Fransa, həm də Rusiya sülhməramlılarının komandanlığına qəti mövqeyimizi bildirməliyik. Laçın dəhlizi vasitəsilə Azərbaycana qanunsuz səfərlər yolverilməzdir. Bununla bağlı ciddi reaksiyaya ehtiyac var. Qarabağa qanunsuz səfər edənin kimliyindən asılı olmayaraq, bu, Azərbaycanın ərazi toxunulmazlığına təhdid deməkdir”.

Nəzrin Cavid

Tarix: 23 Dekabr 2021, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin