BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad olunmuş ərazilərin yarısı mobil internetlə əhatə olunub

İşğaldan azad olunmuş ərazilərin təxminən 52%-i mobil şəbəkə üzərindən internetlə əhatə olunub.

 

Pravda.az xəbər verir ki, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktik konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

 

Onun sözlərinə görə, qısa müddətdə ölkənin azad edilmiş ərazilərinin internetlə təmin olunması bir daha Azərbaycanın iqtisadi potensialından xəbər verir.

 

"Gələn ildən başlayaraq biz eyni zamanda sabit şəbəkənin də inkişafına kifayət qədər əhəmiyyətli vəsait yatıracağıq", - nazir qeyd edib.

Tarix: 24 Dekabr 2021, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin