BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya 40 manat artdı

Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

 

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

 

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Tarix: 24 Dekabr 2021, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin