BURADA REKLAMINIZ OLA
BİLƏR

İşsizlikdən sığorta ödənişi ilə bağlı mühüm xəbər

Azərbaycanda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda deputatların müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

 

Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

 

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Tarix: 24 Dekabr 2021, 13:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin