BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Ərdəbil vilayəti arasında sərhəd-keçid məntəqəsi açılır

İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsi açır.

Pravda.az xəbər verir ki, bu barədə məlumatı Ərdəbil vilayətinin valisi Hadi Ameli açıqlayıb.

“İran və Azərbaycan arasındakı münasibətlərin xüsusilə də mal daşımaları sahəsində inkişaf etdirilməsini asanlaşdırmaq məqsədilə vilayətin şimalında sərhəd-keçid məntəqəsi açılacaq”, - deyə Hadi Ameli qeyd edib.

Onun sözlərinə görə, malların ticarətini və tranzitini asanlaşdırmaq üçün vilayət yollarını genişləndirməyi planlaşdırırıq. Ameli bildirib ki, Parsabad-Ərdəbil yolunun inkişaf etdirilməsi hər iki ölkənin böyük şəhərlərə çıxış əldə etmək yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək.

Vali vurğulayıb ki, Aslanduz sərhəd-keçid məntəqəsinin açılması iqtisadi və sərhəd əlaqələrinin rifahı baxımından böyük əhəmiyyət daşıyacaq.

Tarix: 27 Dekabr 2021, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin