BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir qrup jurnalist Şuşaya səfər edib - FOTOLAR

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə bir qrup jurnalist Şuşaya səfər edib.

 

Pravda.az-ın xəbərinə görə, media nümayəndələri Cıdır düzündə olublar, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.

 

Jurnalistlər daha sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış bəstəkarı Üzeyir Hacıbəylinin güllələnmiş heykəlini ziyarət edib, Qala divarları ilə tanış olublar.


Onlar eyni zamanda tarixi Şuşanın mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid - Yuxarı Gövhər ağa məscidi ziyarət edilib. 


 

 

 

Fotoları təqdim edirik
Tarix: 27 Dekabr 2021, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin