BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşa: Hər addımbaşı danışan şəhər

Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi torpaqlara səfər çox qəribə hiss yaşadır. Adamsız, tikilisiz yerlər adamlar elə söhbət edir... Biz qayıtmışıq...

 

Dekabrın 27-də Media İnkişaf Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə KİV-in bir qrup nümayəndəsi Şuşaya səfər etdi.

 

Bu səfərin həyacanını yazmamaq olmur. Yol yoldaşlarımız səfəri, səhərin açılmasını səbrsizliklə gözlədiklərini bildirirdi.

 

undefined

 

Səfər başlayandan sonra bu nigaranlıq azalsa da, həyəcan azalmırdı. Yol boyu işğalçı Ermənistanın və havadarlarının nifrət doğuran izləri görürünürdü. Dağıdılmış evlər, boş qalan yurd yerləri. Adama elə gəlirdi ki, sahibinin tezliklə gələcəyini, onu əkib, becərəcəyini gözləyən torpaqlar danışmaq istəyir. Torpaqda qəribsəyibmiş kimi gələnlərə sakitcə baxır, sevinirdi. Çünki gələnlər torpağın altında və üstündəkilərin dilini bilən, onu tanıyanlardır...

 

Səfər Şuşaya nəzərdə tutulduğundan başqa rayonlarda olmadıq. Bir də xarabaya qoyulan torpaqda kimlə, nəylə danışasan. Ermənistan o yerlərdə hətta, tarixin izini belə itirib. Qəbirstanlıqlar belə dağıdılıb. Baş daşları oğrulanıb. Quru yurd, yarımçıq divarlı yaşayış binaları qalıb. Adama elə gəlir ki, yurd yerləri 2020-ci ilin Zəfər gününədək ötən 30 ilə yaxın müddət ərzində hər gün ağlayıb.

 

Özünküləri gördüyü üçün, sanki torpaq da gülümsəyirdi.

 

undefined

 

Şuşaya girişdəki mənzərə sağa baxanda nə qədər qürurvericidirsə, soldakı post və o yolla keçənləri görmək məyusluq yaradır.

 

Oradan yan-yana iki yol keçir. Biri o birindən yuxarıdadır. Şuşaya gedən yuxarıda, Xanəkəndiyə gedən yol isə aşağıdan keçir. Bu səhnə, Şuşaya girəndə sol tərəf həm də adamın yadına yola nəzarət edənlərin illər uzunu törədikləri xəyanətləri, ermənilərə göstərdikləri xidməti yada salır.

 

Bu, erməni terrorçu Norayr Mirzoyanın Azərbaycan hərbçilərinə terror hücumu edən postdur. O, Rusiya sühməramlılarının gözü qarşısında Azərbaycan postuna qumbara atmışdı. Erməni terrorçu Rusiya hərbçiləri tərəfindən saxlanılmış, sonra da cəzalandırılmadan, məhkəməsiz sərbəst buraxılmışdı.

 

Bu post istər-istəməz Xocalı soyqırımının törənməsində birbaşa rol oynamış 366-cı motoatıcı alayı da yada salır...

 

Şuşada simvollaşmış Cıdır düzü, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalasını ziyarət etdik. Qayalar üzərində şəhərin salınması bir mədəniyyət örnəyidir. Yəni Şuşa elə buna görə Azərbaycan mədəniyyətinin incilərindən sayılır. Kənardan bu dağı seyr etdikdən sonra şəhəri gəzəndə də bu hiss yaşanır.

 

undefined

 

Şuşa həm də elə bil qəribsəmişdi. Şəhər yeni gələnlərlə söhbətləşmək istəyir. Qala yabanı və yad ayaqların onun üzərində gəzərkən çəkdiyi ağrı-acıdan bəhs etmək istəyir. Cıdır düzündə, hökumət evində ermənilərin halay vurub, Azərbaycan rəqsi “Köçəri” havasına necə oynadıqlarından danışmaq istəyir, sanki Şuşa...

 

Qalanı seyr etdikcə Azərbaycan əsgərinin, onun hərbçisinin şücaətinə, cürətinə sevinir və heyran qalırsan. Şəhid hərbçilər, əsgərlər bu yerdə hər addımbaşı yada düşür. Prezidentin, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli qərarı ilə Azərbaycanın şərəfli bir tarixinin yazıldığı da tez-tez vurğulanır...

 

İndi sülhməramlıların müvəqqəti nəzarətində olan və az sayda erməninin yaşadığı Xankəndi, Xocalı, Xocavəd Şuşadan aşağıdır...

 

Onlar ovucun içi kimi görünürlər. Sülhməramlılar isə özlərini elə aparır guya onları bizdən qoruyurlar. Ancaq onları bizdən təcrid etmək Azərbaycan vətəndaşı sayılan ermənilərə ziyandır. Çünki belə halda onların Azərbaycan torpaqları olan Xankəndi, Xocalı və Xocavənddə yaşaması çətin olacaq...

 

undefined

 

Şuşanı axşamüstü, hava qaralmağa başlayanda tərk etdik. Şəhər elə bil bizə əl eləyir, “Gözləyirəm, hələ danışacağım, çox söhbət var” deyirdi...

 

Yolda postlardan birinə çatdan avtomobili saxlayıb, dağ partladıldığını dedilər. Çox güclü gurultu səsi eşidildi. Yada 44 günlük savaşda iştirak edənlər düşdü. Onlar düşmənin bağırını yaran belə gurultunu çox eşitmişdilər. O gurultunun hədəfi düşməni qovmaq idi, qovudu da. Bu isə quruculuğun səs-sorağını dağlara dərələr salırdı. Elə düşmən də bundan indi məyus olur.

 

44 günlük savaş bir daha sübut etdi ki, bu torpaqlar Azərbaycanındır. Çünki ermənilər və havadarları işğal altında saxladıqları Azərbaycan ərazilərində abadlıq işləri görməyib. Əksinə olanları dağıdıblar, daş-daş üstə qalmayıb. Ermənilər bu yerlədə qalmayacaqlarını bilirdi. Ona görə də o, torpaqların bağrına mina basdırıb, yurd yerlərini dağıdıb... Şuşa bizi əzəməti ilə qarşıladı, xoş ovqatla da yol saldı...

 

Pravda.az

Tarix: 28 Dekabr 2021, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin