BURADA REKLAMINIZ OLA
BİLƏR

Usta hasardan yıxılaraq öldü

Lənkəran şəhərində 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, dünən axşam saatlarında şəhər sakini 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb.

 

N. Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 16 Fevral 2020, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin