BURADA REKLAMINIZ OLA
BİLƏR

"Delta" ştammı ilə bağlı AÇIQLAMA

“Bəzi həkimlərin verdiyi məlumatlar həqiqəti əks etdirmir. "Delta" ştamının aşkar olunması və dominant olması barədə elan verilmişdi”.

 

Pravda.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

Onun sözlərinə görə, ölkədə "Delta" ştamının aşkar edilə bilməməsi barədə səsləndirilən fikirlər yalnışdır: “Bununla bağlı bütün imkanlarımız var”.

 

Y.Qarayeva bildirib ki, uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir: “Simptomlar hər zaman olub. Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda koronavirus olsa, bunu testlər vasitəsilə müəyyənləşdirmək mümkündür”.

Tarix: 28 Dekabr 2021, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin