BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı Hacıqabula aparılıb gətirildikdən sonra Bayraq meydanı yaxınlığında sərbəst buraxıldı

Bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissisiyasının (MSK) inzibati binasının qarşısında keçirdiyi etiraz aksiyasından öncə saxlanılan Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

 

Pravda.az-ın xəbərinə görə, A.Hacılı Hacıqabul rayonuna aparılıb gətirildikdən sonra Bakı Dövlət Bayrağı Meydanının yaxınlığında avtomobildən düşürülüb.

 

O bildirib ki, 4 saat ərzində Bakı şəhərində və Hacıqabul rayonunadək avtomobillə gəzdirildikdən sonra bir qədər əvvəl bayraq meydanı yaxınlığında sərbəst buraxılıb.

 

Aksiya ilə əlaqədar saxlanılan deputatlığa namizədlərdən D 18 Hərəkatının sədri Ruslan İzzətlini Yevlaxda, bloqer Mehman Hüseynovu və siyasi fəal Ülvi Həsənlini Kürdəmirdə, siyasi fəal Rəbiyyə Məmmədovanı Qobustanda, siyasi fəal Yadigar Sadıqlını Ələtdə, ReAl Partiyanın sədri Şamaxıda sərbəst buraxılıb.

Tarix: 16 Fevral 2020, 18:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin