BURADA REKLAMINIZ OLA
BİLƏR

Dumanlı hava nə qədər davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunan dumanla bağlı açıqlama verib.

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Bildirilib ki, dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olub.

Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.

Tarix: 1 Yanvar 2022, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin