Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluqdan hərbçinin minaya düşməsi ilə bağlı açıqlama

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

 

Bu barədə Pravda.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

 

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Tarix: 2 Yanvar 2022, 23:28   
Xəbər lenti
Çox oxunanlar