BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçada avtomobil təmiri sexi yandı

Neftçalada avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb.

Pravda.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Neftçala şəhərində ümumi sahəsi 108 m² olan avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin salon hissəsi yanıb.

Yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü 7 m² sahədə dağılıb. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Tarix: 3 Yanvar 2022, 21:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin