BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış vəkilə ağır itki

 

Tanınmış vəkil Aqil Layıcın anası vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə A.Layıc özü məlumat verib.

 

“Həyata anamın qollarında gələndə mən ağlamışdım, anam isə sevinirdi, çünki həyat bəxş edirdi mənə. Bu gün anam mənim qollarımda idi, mən ağlayırdım, o, isə susqun idi. Bağışla, gözümün nuru anam, mən səndən fərqli olaraq sənə həyat verə bilmədim. Sən qollarında mənə nəfəs verərkən, mən isə sənin nəfəsinin yox olmasını acılar içində seyr etdim. Heç nə kömək ola bilmədi. Çox çarəsizəm. Bu gündən yetiməm” – o qeyd edib.

Tarix: 4 Yanvar 2022, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin