BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qadın su kanalında batdı

Xaçmaz rayonunda 51 yaşlı qadın su kanalında batıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.

 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Tarix: 4 Yanvar 2022, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin