BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə ağır yol qəzası - 3 ölü

Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistiral avtomobil yolunun 395-ci kilometrliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb. Daha bir neçə nəfər isə ağır bədən xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza nəticəsində 31 yaşlı Şahin Ağalarov, 22 yaşlı Həsənov Elvin və Anar adlı şəxs yaralanıb. Dünyasını dəyişənlərin isə Orxan və Elməddin adlı şəxslər olduğu bildirilir. Digər ölən və yaralıların adları dəqiqləşdirilir.Report

Tarix: 16 Fevral 2020, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin