BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşdü, 2 nəfər xəsarət aldı

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb.

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.


Tarix: 5 Yanvar 2022, 20:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin