BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizəd MSK-nın qarşısında etiraz edir – SON DƏQİQƏ

Bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsindən deputatlığa namizəd Xalid Bağırov Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında etiraz edir.

 

Pravda.az-ın xəbərinə görə, X.Bağırov MSK-ya ünvanlanan şikayətlərə baxılmadığını bildirir.

 

“Biz tələb edirik ki, Mərkəzi Seçki Komissiyasının nümayəndələri aşağı düşsün və bizə məlumat versinlər, şikayətə niyə baxmırlar. Tələbimiz yerinə yetirilməyənə qədər hər gün saat 15:00-da MSK-nın qarşısına gələcəyik. Pozulan haqqımızın bərpasını tələb edirik” – X.Bağırov qeyd edib.

Tarix: 17 Fevral 2020, 15:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin