BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağdakı rus sülhməramlılara yeni komandan təyin olundu

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə yeni komandan təyin olunub.

Pravda.az xəbər verir ki, həmin şəxs general-mayor Andrey Volkovdur.

A. Volkov hazırda Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir.

O, 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına qədər general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında sülhməramlıların komandanının müavini olub.

Tarix: 11 Yanvar 2022, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin