BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə fevralın 13-də, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

 

Belə ki, 2004-cü il təvəllüdlü Aysun Məmmədova yaşadığı Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 8 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

 

Daha sonra A.Məmmədovanın atası hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.Report

Tarix: 17 Fevral 2020, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin