BURADA REKLAMINIZ OLA
BİLƏR

“Beynəlxalq Bank”da TÜSTÜLƏNMƏ

“Beynəlxalq Bank" ASC-nin Lənkəran filialında tüstülənmə baş verib.

 

Pravda.az-ın xəbərinə görə, bu gün saat 17:30-da bankın Şirəli Axundov küçəsi 16 ünvanında yerləşən binasının zirzəmisində tüstülənmə qeydə alınıb.

 

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə tüstülənmənin qarşısı alınıb, yanğına keçməyib. Hadisə nəticəsində 4 elektrik açarı sıradan çıxıb.

Tarix: 17 Fevral 2020, 19:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin