BURADA REKLAMINIZ OLA
BİLƏR

İŞİD cəlladı Bursada həbs edildi

İŞİD terror təşkilatının Əbu Taki Əl Şahmy kod adlı “komandiri” Türkiyənin Bursa şəhərində həbs olunub. 

Pravda.az-ın xəbərinə görə, Suriya vətəndaşı, 50 yaşlı terrorçu Y.A.A Bursa Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ələ keçirilib. 

Qeyd edək ki, “Əbu Taki Əl Şahmy” kod adlı terrorçu Suriyanın Deyr Zor El-Meadin və Bukemal bölgələrində qondarma "komandir" olaraq fəaliyyət göstərib və o, İŞİD-in cəzalandırdığı adamları edam edib, bu vəhşi qətliamları videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.APA

Tarix: 18 Fevral 2020, 07:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin