BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynada döyüşlər başladı - İtkilər var

Bu gün səhər saatlarından Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

Pravda.az-ın xəbərinə görə, bunu “Facebook” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi itkilər verib.

Jurnaslist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər. Nəticədə ağır döyüşlər başlayıb. Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib.Report

Tarix: 18 Fevral 2020, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin