BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda çoxmənzilli binada yanğın olub - VİDEO

Bakıda çoxmərtəbəli binada yanğın olub.

 

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, fevralın 18-də FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

 

Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

 

Tarix: 18 Fevral 2020, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin