BURADA REKLAMINIZ OLA
BİLƏR

Bank müdirinin oğlunun ölməsi ilə bağlı cinayət işi başlandı

Bank müdirinin oğlunun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Pravda.az-ın xəbərinə görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, E.Quliyev "Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğludur.

Tarix: 18 Fevral 2020, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin