Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qorxu, xof yaratmaq lazım deyil”

“Yeni növ koronavirus (COVID-19) infeksiyasının yeni ştamının yayılması dünya ölkələrində yoluxma sayının kəskin artmasına gətirib çıxarıb. Düşünürəm ki, cəmiyyətdə müəyyən çağırışlar etmək yerindədir, lakin qorxu, xof yaratmaq lazım deyil. Xəstəxanalarda iş rejimini qaydaya salmaqla və xüsusilə xəstələrə vaxtında müdaxilə etməklə bu çətin günlərin öhdəsindən gələ bilərik. Təcrübə və praktika bizə bəzi nöqsanları göstərdi, həmin xətaların aradan qaldırılması itkilərimizin azalmasına kömək edəcək”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, COVID-19 bəlası bütün dünyanın ortaq problemidir: “Mütəxəssislərin rəylərinə görə digərləriylə müqayisədə "Omicron" ştamına yoluxanlarda xəstəliyin ağır keçmə ehtimalı daha azdır. Dünya üzrə aparılan araşdırmalar göstərir ki, "Omicron" "Delta"dan daha təhlükəsizdir və bu ştama yoluxanların xəstəxanaya yerləşdirilmə ehtimalı 30-70 faiz arasındadır. Koronavirusun həmin variantı bir çox insanda soyuqdəymə kimi boğaz ağrısı, burun axması və baş ağrısına səbəb olur. Ancaq bu, yoluxanların hamısının xəstəliyi yüngül keçirəcəyi demək deyil. Bu ştama yoluxmada stasionar müalicə zərurəti 50 faiz az olsa da, yayılma sürəti iki dəfə çoxdur və bu iki cəhət bir-birini neytrallaşdırır. "Omicron" insanlar arasında tez bir zamanda yayılır. Bu variant digərlərindən daha sürətlə yayılır, lakin əvvəlki vaksinlər və infeksiyalar sayəsində yaranmış immuniteti dəf edə bilir”.

 

Nəzrin Cavid

Tarix: 19 Yanvar 2022, 16:15   
Xəbər lenti
Çox oxunanlar