Reklam

Şirkətdən naqil oğurlayan şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə yanvarın 16-da Qum adası ərazisində enerji əməliyyat şirkətlərindən birinə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən 636 manat dəyərində naqilin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Həsənli, əvvəllər məhkum olunmuş S.Məhərrəmov və Astara rayon sakini H.Quliyev müəyyən edilərək saxlanılıblar.

 

Araşdırma aparılır.

Tarix: 20 Yanvar 2022, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin