Reklam

Aydın Abdullayev vəfat etdi

Azərbaycanda tanınmış kino təşkilatçısı, prodüser Aydın Abdullayev vəfat edib.

 

Bu barədə mərhumun dostları bildiriblər.

 

Aydın Əşrəf oğlu Abdullayev 7 iyun 1951-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb (1977). 1975-ci ildən kino sahəsində çalışıb: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləyib. "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi (1993-1994), "Azanfilm" kinostudiyasının direktoru (1994-2000) olub. 20-dək animasiya filminin direktorudur.

 

Modern.az

Tarix: 20 Yanvar 2022, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin