BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq nazir: “Yaranan borclar mənim dövrümə aid deyil”

“Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbəri Heydər Əsədov "Aqrolizinq"də aparılan yoxlamaların nəticələrini şərh edərkən deyib.

 

“Bu borcların yaranmasına gəlincə, çalışdığım dövrdə texnoloji avadanlıqlar ümumiyyətlə alınmayıb. Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib. Bəli, nazirliyə rəhbərlik etdiyim müddətdə heyvanların alınması ilə əlaqədar müəyyən borclar yaranmışdı. Onların geri qayıtması normal bir prosedurdur. Vaxtı keçmiş borcların qaytarılmasını sürətləndirməyə gəlincə, mən özüm bu məsələ ilə bağlı iki dəfə prokurorluğa müraciət etdim. Bütün müvafiq sənədlər var və Maliyyə Nazirliyi bunu təsdiqləyəcək. Müraciətlərimdə bu kimi borcluların ödənişləri gecikdirdiyini qeyd etdim”, - eks-nazir əlavə edib.

 

Heydər Əsədov bir daha vurğulayıb ki, söhbət korrupsiya və mənimsəmədən getmir.

 

“Söhbət fermerlərin aldıqları borcları qaytarmaqdan gedir. Texnoloji avadanlıqların alınmasından yaranan borclara gəldikdə isə, bir daha təkrar edirəm ki, bunlar mənim dövrümə aid deyil”, - H. Əsədov qeyd edib. virtualaz.org

Tarix: 18 Fevral 2020, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin