BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sahibkarlar elə başa düşür ki, dövlətdən həmişə dəstək olacaq" - Vahid Əhmədov

"Əgər sahibkar əmlakını mühafizə eləmək istəyirsə mütləq sığorta etdirməlidir”.

 

Pravda.az xəbər verir ki, bunu V çağırış Milli Məclisin deputatı Vahid Əhmədov "Sədərək” Ticarək Mərkəzində baş verən yanğınla bağlı danışarkən deyib.

 

Onun sözlərinə görə, sahibkarlar sığortadan qaçır: "Sığortanın mexanizmi hazırdır. Sığorta haqqında qanun var. Sahibkarlar müəyyən qədər sığortadan qaçır. Amma sonda əziyyəti onlar çəkir. Son vaxtlar nə qədər yanğın hadisəsi olub. Hamısı da ticarət mərkəzlərində. Hökümət yanğından sonra onlara kömək elədi. Sahibkarlar elə başa düşür ki, dövlətdən həmişə dəstək olacaq. Xeyr. Burada qanun işləməlidir və qanuna uyğun əmlaklar sığortalanmalıdır. Sahibkarlar da fikirləşməlidir ki, obyekt işləyirsə, mütləq sığorta olunmalıdır. Və belə hadisələr zamanı gedib sığorta şirkətlərindən həmin vəsaiti ala bilərlər. Bu, artıq onların marağında olan məsələdir. Son vaxtlar sığorta haqqında ciddi qanunlar qəbul olunur, müəyyən proseslər həyata keçirilir”.

 

Vahid Əhmədov qeyd edib ki, yanğının baş verməməsi üçün Yanğından Mühafizə İdarəsi vaxtında yoxlamalar keçirməlidir: "Son vaxtlar Bakıdakı ticarət mərkəzlərində baş verən yanğınların texniki səbəbləri var. "Sədərək”də baş verən yanğından sonra oradakı mağazaların əksəriyyəti sığortalanıb. Sığorta şirkətləri orada işləyirlər. Yanğın hadisələri çoxdur. Yanğından Mühafizə İdarəsi vaxtında yoxlamalar aparıb, baş verən nöqsanlarla bağlı akt tərtib eləməlidir. Ümumiyyətlə, bu məsələlər ciddi nəzarətə götürülməlidir”.

 

Qeyd edək ki, bu gün səhər saatlarında "Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Yanğın zamanı 8 nəfər tüstüdən zəhərlənib.Qaynarinfo

Tarix: 18 Fevral 2020, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin