BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq

Yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.

Pravda.az-ın məlumatına görə, artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.

Sərnişinlər Şuşaya “Mercedens-Benz Travego” avtobusu ilə yola düşəcək.

İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.

Biletləri yolumuzqarabaga.az saytından əldə edə bilərsiniz.

Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq.

Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa - 10.40 AZN, Bakı-Ağdam - 9.40 AZN, Əhmədbəyli-Şuşa - 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN-dir.

Müəyyən edilən qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.

Tarix: 22 Yanvar 2022, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin