BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən Pravda.az-ın verilən məlumata görə, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.

Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Təlim toplanışı yanvarın 29-dək davam edəcək.

 

 

 
 
 


Tarix: 23 Yanvar 2022, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin