BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhriyardan növbəti qələbə

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.

Pravda.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda Rameşbabu Praqnanandhaya (Hindistan) qarşı mübarizə aparıb. Ağ fiqurlarla oynayan şahmatçımız 46-cı gedişdə rəqibini məğlub edib.

Qeyd edək ki, səkkiz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla norveçli Maqnus Karlsenlə ilk iki pilləni bölüşür.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Tarix: 23 Yanvar 2022, 23:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin