BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda xəstəxanada bunu da etdilər

Bakı şəhəri Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə mərhumun yaxınları məlumat verib.

 

Onlar bildiriblər ki, şəkəri qalxdığı üçün xəstəxanaya gətirilən və dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin reanimasiya şöbəsində cibindən 560 manat götürülüb.

 

Məsələ ilə bağlı xəstəxana rəhbərliyinə və polisə məlumat verilib.APA

Tarix: 19 Fevral 2020, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin