BURADA REKLAMINIZ OLA
BİLƏR

Yollar buz bağlayacaq

Yanvarın 26-na avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, yanvar ayının 26-da gecə və səhər saatlarında Füzuli-Cəbrayıl-Mahmudlu, Naxçıvan-Şahbuz, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Masallı-Yardımlı, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Ağsu-Kürdəmir-Bəhramtəpə, Gəncə-Samux, Yevlax-Xocalı-Laçın, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Ağdam-Ağdərə, Yevlax-Zaqatala magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tarix: 25 Yanvar 2022, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin