BURADA REKLAMINIZ OLA
BİLƏR

İdman və sağlamlıq-bərpa obyektlərindən istifadə ilə bağlı yeni xəbər: Fevralın 15-dən...

Fevralın 15-dən idman və sağlamlıq-bərpa obyektlərindən istifadəyə hansı hallarda icazə veriləcəyi açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında qeyd edilib.

 

Bildirilib ki, 2022-ci il fevralın 15-dən etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.

Tarix: 26 Yanvar 2022, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin