BURADA REKLAMINIZ OLA
BİLƏR

Dollar bahalaşır

"Rubl Rusiya-Ukrayna gərginliyinin şiddətlənməsinə görə yaranmış geopolitik böhran səbəbindən dəyər itirir. 1 dollar 79 rubldan baha satılır, bu son 14 ayın ən aşağı kursudur".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.


Q.İbadoğlu qeyd edib ki, rublun dəyər itirməsi Qərbin Rusiyaya sərt sanksiyaları reallaşacağı halda davamlı olacaq: "Hətta 1 dollar 80 rubldan da baha ola bilər. Bu halda Rusiyanın iqtisadi itkiləri yalnız məzənnə fərqi ilə yekunlaşmayacaq, bu maliyyə və səhm bazarlarına da təsir edəcək, şirkətlər də dəyərsizləşəcək. Artıq qlobal səhm bazarlarında da təlatümlər yalnız Rusiyada deyil, Qərbdə də müşahidə olunur. İki gün öncə S&P 500, Dow Jones, Nasdaq bu səbəbdən itkilərə məruz qalsa da onlar sonrada dəyər qazanıb itkilərini bərpa etdilər. Xammal ixracatından asılı Rusiya iqtisadiyyatı üçün dünya bazarlarında əlverişli konyuktura mövcud olsa da səhm və valyuta bazarlarında itkilər davam edir və getdikcə genişlənir".

Tarix: 26 Yanvar 2022, 22:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin